Law of the Republic of Azerbaijan on Aviation (No. 1058-VIQ)
AzerbaijanMilli Majlis / Ministry of Digital Development and Transport (MDDT)1058-VIQ
Original text · Azerbaijani
Aviasiya haqqında Azərbaycan Respublikasının Qanunu (№ 1058-VIQ)
Aviasiya haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyir, aviasiyada təhlükəsizliyin, o cümlədən dövlətin müdafiəsinin, əhalinin və iqtisadiyyatın hava daşımaları və aviasiya işləri ilə əlaqədar ehtiyaclarının təmin edilməsi üçün həyata keçirilən tədbirlərin hüquqi və təşkilati əsaslarını müəyyən edir. 1-ci fəsil ÜMUMİ MÜDDƏALAR Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. aviasiya – hava gəmiləri vasitəsilə hava məkanından istifadə edilməsinə və ya bu məqsədlə lazımi şəraitin yaradılmasına yönəldilən fəaliyyət; 1.1.2. aviasiya fəaliyyəti – aviadaşımalara olan tələbatın təmin edilməsi məqsədilə xidmət təminatçıları tərəfindən həyata keçirilən fəaliyyət; 1.1.3. aerodrom – istənilən bina, qurğu və avadanlıq daxil olmaqla, hava gəmilərinin enməsi, qalxması və yerdə hərəkəti üçün tam və ya qismən istifadəsi nəzərdə tutulmuş yer, yaxud su səthinin müəyyən sahəsi; 1.1.4. aerodromyanı ərazi – hava gəmiləri uçuşlarının təhlükəsizliyinin, hava limanının uzunmüddətli inkişaf perspektivlərinin və əhalinin sanitariya və epidemioloji rifahının təmin edilməsi, o cümlədən aerodrom avadanlığı və hava gəmilərinin istismarının insanın həyat və sağlamlığına, ətraf mühitə mənfi təsirlərinin qarşısının alınması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən istifadəsinə razılıq verilən xüsusi tələblər tətbiq olunan zona; 1.1.5. aerodrom istismarçısı – bir və ya bir neçə aerodromu istismar edən və ya belə xidməti təklif edən fiziki və ya hüquqi şəxs; 1.1.6. Aeronaviqasiya Məlumatlar Toplusu – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet informasiya ehtiyatında yerləşdirdiyi və dərc etdirdiyi və aeronaviqasiya üçün davamlı əhəmiyyət kəsb edən, aviasiya məlumatlarını özündə ehtiva edən toplu; 1.1.7. aeronaviqasiya xidmətləri – rabitə, naviqasiya və müşahidə, aeronaviqasiya üçün meteoroloji xidmətlər, axtarış və xilasetmə, aeronaviqasiya informasiya xidmətləri daxil olmaqla, məlumatların emalı və ötürülməsi məqsədilə hava hərəkətinin təşkilinə yönəldilmiş xidmətlər; 1.1.8. aviasiya hadisəsi – uçuş məqsədilə bütün şəxslərin hava gəmisinə mindiyi andan ...
Aviasiya haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyir, aviasiyada təhlükəsizliyin, o cümlədən dövlətin müdafiəsinin, əhalinin və iqtisadiyyatın hava daşımaları və aviasiya işləri ilə əlaqədar
ehtiyaclarının təmin edilməsi üçün həyata keçirilən tədbirlərin hüquqi və təşkilati əsaslarını müəyyən edir. 1-ci fəsil ÜMUMİ MÜDDƏALAR Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. aviasiya – hava gəmiləri vasitəsilə hava məkanından istifadə edilməsinə və ya bu məqsədlə lazımi şəraitin yaradılmasına yönəldilən fəaliyyət;
1.1.2. aviasiya fəaliyyəti – aviadaşımalara olan tələbatın təmin edilməsi məqsədilə xidmət təminatçıları tərəfindən həyata keçirilən fəaliyyət; 1.1.3. aerodrom – istənilən bina, qurğu və avadanlıq daxil olmaqla, hava gəmilərinin enməsi, qalxması və yerdə hərəkəti üçün tam və ya qismən istifadəsi nəzərdə tutulmuş yer, yaxud su səthinin müəyyən sahəsi;
1.1.4. aerodromyanı ərazi – hava gəmiləri uçuşlarının təhlükəsizliyinin, hava limanının uzunmüddətli inkişaf perspektivlərinin və əhalinin sanitariya və epidemioloji rifahının təmin edilməsi, o cümlədən aerodrom avadanlığı və hava gəmilərinin istismarının insanın həyat və sağlamlığına, ətraf mühitə mənfi təsirlərinin qarşısının alınması məqsədilə
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən istifadəsinə razılıq verilən xüsusi tələblər tətbiq olunan zona; 1.1.5. aerodrom istismarçısı – bir və ya bir neçə aerodromu istismar edən və ya belə xidməti təklif edən fiziki və ya hüquqi şəxs;
1.1.6. Aeronaviqasiya Məlumatlar Toplusu – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet informasiya ehtiyatında yerləşdirdiyi və dərc etdirdiyi və aeronaviqasiya üçün davamlı əhəmiyyət kəsb edən, aviasiya məlumatlarını özündə ehtiva edən toplu; 1.1.7. aeronaviqasiya xidmətləri – rabitə, naviqasiya və müşahidə, aeronaviqasiya üçün
meteoroloji xidmətlər, axtarış və xilasetmə, aeronaviqasiya informasiya xidmətləri daxil olmaqla, məlumatların emalı və ötürülməsi məqsədilə hava hərəkətinin təşkilinə yönəldilmiş xidmətlər; 1.1.8. aviasiya hadisəsi – uçuş məqsədilə bütün şəxslərin hava gəmisinə mindiyi andan hava gəmisini tərk etdiyi anadək şəxsin hava gəmisində, hava gəmisinin hər hansı hissəsi və
ya ayrılmış hissəsi ilə birbaşa təması və ya reaktiv partlama nəticəsində ölümü və ya ağır yaralanması, həmçinin hava gəmisinin itməsi və ya əlçatmaz yerə düşməsi; 1 . 1 . 9 . aviasiya insidenti – aviasiya hadisəsi ilə nəticələnməyən, hava gəmisinin istifadə olunması ilə bağlı olan, istismarın təhlükəsizliyinə mənfi təsir göstərən və ya
göstərə bilən hadisə; 1.1.10. aviasiya personalı – ali, texniki və ya xüsusi hazırlıq keçmiş və ixtisas qeydləri əks olunmuş şəhadətnamələrə, vəsiqələrə (sertifikatlara) malik olan, aviasiya sahəsində müəyyən işlərin yerinə yetirilməsinə buraxılan mütəxəssislər; 1.1.11. aviasiya təhlükəsizliyi – insanlardan və maddi resurslardan istifadə etməklə,
aviasiyanın qanunsuz müdaxilə aktlarından qorunması üzrə tədbirlər kompleksi; 1.1.12. Azərbaycan Respublikasının hava məkanı – Azərbaycan Respublikasının quru ərazisi, daxili və ərazi suları üzərindəki hava məkanı; 1.1.13. beynəlxalq uçuşlar – hava gəmisinin bir neçə dövlətin hava məkanından keçməklə uçuş əməliyyatı; 1.1.14. beynəlxalq hava daşıması
– birdən artıq dövlətin ərazisi üzərindəki hava məkanından keçən hava daşıması; 1.1.15. birgə bazalı aerodrom – mülki, dövlət və (və ya) eksperimental aviasiya hava gəmilərinin birgə baza yeri olan aerodrom; 1.1.16. bort ehtiyatları – əl yükü və aviasiya müəssisəsinə aid poçt və digər əşyalar istisna olmaqla, uçuş vaxtı hava gəmisində sərnişinlər və hava gəmisi heyətinə xidmət
göstərilməsi üçün istifadə olunan və yaxud satış üçün təqdim edilən əşyalar, eləcə də hava gəmisinin istismarı və ona texniki xidmət göstərilməsi məqsədilə istifadə edilən əşyalar; 1.1.17. coğrafi zona – pilotsuz uçuş aparatı sistemlərinin əməliyyatları zamanı dövlət təhlükəsizliyi, uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitin
qorunması, o cümlədən dövlət, kommersiya, şəxsi və ailə həyatının sirri ilə bağlı yarana biləcək riskləri nəzərə alaraq həyata keçiriləcək əməliyyatlar üçün müəyyən edilən, məhdudiyyət qoyulan və ya qadağan edilən hava məkanının bir hissəsi; 1.1.18. daşıyıcı – daşıma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin, baqaj, yük və ya poçt daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya
istifadə hüququ ilə hava gəmilərinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar; 1.1.19. daxili hava daşıması – uçuş məntəqəsi, təyinat məntəqəsi və bütün enmə məntəqələri Azərbaycan Respublikasının ərazisində yerləşən hava daşıması; 1.1.20. dizayn dövləti – hava gəmisinin növünün dizaynına görə cavabdeh olan hüquqi şəxsin üzərində yurisdiksiyaya malik olan dövlət;
1.1.21. dizayn təşkilatı – hava gəmisinin növünün dizaynına görə cavabdeh olan hüquqi şəxs; 1.1.22. güc qurğusu ilə hərəkətə gətirilən hava gəmisi – güc qurğusu ilə hərəkətə gətirilən və qaldırıcı qüvvəsi əsasən uçuşun verilmiş şəraitində hərəkətsiz qalan səthlərin aerodinamik reaksiyasının hesabına yaranan havadan ağır uçuş aparatı;
1.1.23. hava daşıması – müəyyən haqq müqabilində hava gəmisi ilə sərnişin, baqaj və yüklərin, habelə poçt göndərişlərinin daşınması; 1.1.24. hava əlaqələri – hava daşımaları məqsədilə ardıcıl olaraq həyata keçirilən uçuşlar; 1.1.25. hava limanı (aeroport) – hava gəmilərinin qəbulu və yola salınması, hava daşımalarına xidmət göstərilməsi üçün nəzərdə tutulan və müvafiq aerodromu, aerovağzalı,
digər yerüstü tikililəri, lazımi avadanlığı olan qurğular kompleksi; 1.1.26. hava gəmisi – hava ilə qarşılıqlı təsir hesabına atmosferdə qalan (yer səthindən əks olunan hava ilə qarşılıqlı təsir istisna olmaqla) hər hansı aparat; 1.1.27. hava gəmisinin heyəti – uçuş xidməti vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün
hava gəmisinin sahibinin və ya istismarçının təyin etdiyi şəxslər; 1.1.28. hava gəmisinin istismarçısı – istismarçı sertifikatı əsasında bir və ya bir neçə hava gəmisini istismar edən və ya belə xidməti təklif edən hüquqi və ya fiziki şəxs; 1.1.29. hava gəmisinin kapitanı (komanda verən pilotu) – hava gəmisinin sahibi və ya istismarçısı tərəfindən təyin olunan, hava gəmisinin uçuşa yararlı və hazır olmasına və
uçuşun təhlükəsiz yerinə yetirilməsinə görə cavabdeh olan, hava gəmisi heyətinə və sərnişinlərə icrası məcburi göstərişlər verən pilot; 1.1.30. hava gəmisinin sahibi – hava gəmisi üzərində mülkiyyət, icarə və ya istifadə hüququna malik olan hüquqi və ya fiziki şəxs; 1.1.31. hava gəmisinin sərnişini (kommersiya hava daşımaları üzrə)
– sərnişinin hava nəqliyyatı ilə daşınma müqaviləsi və ya daşınma məqsədilə hava gəmisinin kirayələnməsi (çarteri) müqaviləsi bağlamış fiziki şəxs; 1.1.32. hava gəmisinin itirilməsi – hava gəmisinin tam dağılması, hava gəmisinin (onun qırıntılarının) yerinin təyin edilməməsi və onun axtarışlarının dayandırılması, hava gəmisinin məcburi enmə yerindən təxliyəsinin mümkün olmaması, hava gəmisinin bərpasının
qeyri-mümkün olması və ya iqtisadi cəhətdən məqsədəuyğun olmaması; 1.1.33. hava hərəkəti – hava gəmilərinin uçuşda, yaxud aerodromun manevretmə ərazisində hərəkəti; 1.1.34. hava hərəkətinin idarə edilməsi – hava gəmilərinin bir-biri ilə və ya manevretmə ərazisindəki maneələrlə toqquşmalarının qarşısının alınması, hava hərəkəti
axınının sürətləndirilməsi və nizamlı axınının saxlanması məqsədilə hava hərəkətinin tənzimlənməsi; 1 . 1 . 3 5 . hava hərəkətinin idarə edilməsinin təşkili sistemi – insan faktoru, informasiya, texnologiya, qurğu və xidmətlərin birgə inteqrasiyası vasitəsilə havada, yerüstü və (və ya) fəzada rabitə, naviqasiya və müşahidə ilə dəstəklənən sistem;
1.1.36. hava hərəkətinə xidmət –uçuş informasiya xidməti, qəza xəbərdarlığı, hava hərəkətinə məsləhət xidməti, hava hərəkətinə dispetçer xidmətinin (sahə dispetçer xidməti, yaxınlaşma dispetçer xidməti və ya aerodrom dispetçer xidməti) göstərilməsi; 1.1.37. hava məkanının strukturu – şaquli və üfüqi müstəvilərdə məhdudlaşdırılmış, hava
məkanından istifadənin təşkili üçün nəzərdə tutulmuş hava məkanı elementlərinin məcmusu; 1.1.38. helikopter meydançası – helikopterlərin enməsi, qalxması və ya səth üzərində hərəkəti üçün bütövlükdə və ya qismən istifadə edilməsi nəzərdə tutulan aerodromda, tikili və ya qurğu üzərində müəyyən edilmiş sahə; 1.1.39. hərbi və digər xüsusi rejimli zonalar
- hərbi hissələrin və digər xüsusi istifadə rejimi müəyyənləşdirilən obyektlərin yerləşdiyi ərazilər; 1 . 1 . 4 0 . xidmət təminatçısı – təlim təşkilatları, hava gəmisinin istismarçıları, aerodrom istismarçıları, hava gəmisinin istismarçılarına xidmət göstərən texniki xidmət təşkilatları, hava gəmisi, mühərrik və ya pərlərin növ dizaynına və istehsalına məsul olan
hüquqi şəxslər və fərdi sahibkarlar, o cümlədən hava hərəkəti xidmətlərini təmin edən təchizatçı; 1.1.41. xüsusi xarakterli aviasiya fəaliyyəti – kənd təsərrüfatı, tikinti, səhiyyə, aerofotoçəkiliş, topoqrafik və spektrofotometrik çəkiliş, müşahidə, axtarış və xilasetmə, hava reklamı və digər sahələrdə xüsusi xidmətləri təmin etmək üçün həyata keçirilən
uçuşlar; 1.1.42. xüsusi şəraitlərdə uçuş əməliyyatları – hava hərəkətini idarəetmə məntəqəsinin idarəetmə zonası daxilində vizual meteoroloji şəraitdən aşağı meteoroloji şəraitdə yerinə yetirilməsi üçün icazə verdiyi xüsusi vizual qaydalarla uçuş əməliyyatı; 1.1.43. istismar tələbləri – istismarçı sertifikatı ilə bağlı və istismar təlimatında
göstərilən şərtlərə uyğun icazələr, şərtlər və məhdudiyyətlər; 1.1.44. istismar təlimatı – istismarçının vəzifələrini yerinə yetirərkən istifadə etməli olduğu prosedur, qayda və göstərişləri ehtiva edən sənəd; 1.1.45. istismarçı sertifikatı – fiziki və hüquqi şəxslərə hava daşımalarını həyata keçirməyə icazə verən sənəd; 1.1.46.
istismarçı dövlət – hava gəmisi istismarçısının əsasən fəaliyyət göstərdiyi yerin olduğu və ya belə yer yoxdursa, istismarçının hüquqi ünvanının olduğu dövlət; 1.1.47. istehsalçı dövlət – hava gəmisinin konstruksiyasının yığılmasına cavabdeh olan hüquqi şəxsin yerləşdiyi dövlət; 1.1.48. istehsalçı təşkilat – hava gəmisinin konstruksiyasının yığılmasına cavabdeh
olan hüquqi şəxs; 1 . 1 . 4 9 . kabinə heyəti – uçuş heyətinin üzvü kimi çıxış etməyən, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə istismarçı və ya hava gəmisi kapitanının (komanda verən pilotunun) verdiyi vəzifələri yerinə yetirən şəxs; 1.1.50. kommersiya hava daşımaları – hava gəmisi ilə müəyyən haqq müqabilində və daşıma
müqaviləsi əsasında sərnişinlərin, baqajın, yükün və ya poçt göndərişlərinin daşınmasının həyata keçirilməsi; 1.1.51. hava gəmisinin komponenti – mühərrik, pər, hissə və ya quraşdırılmamış avadanlıq; 1.1.52. quraşdırılmamış avadanlıq – hava gəmisi istismarçısı tərəfindən hava gəmisinin bortunda daşınan, onun hissəsi olmayan və hava gəmisinin istismarı və ya idarə edilməsi
üçün istifadə olunan və ya istifadə üçün nəzərdə tutulan, eləcə də hava gəmisinin təhlükəsiz istismarına təsir edə bilən və ya onun bortundakı şəxslərin həyat təminatı üçün istifadə olunan hər hansı cihaz, avadanlıq, mexanizm, aparat, ləvazimat, proqram təminatı və ya aksessuar; 1.1.53. qeydiyyat dövləti – hava gəmisinin dövlət qeydiyyatına alındığı dövlət;
1.1.54. model pilotsuz uçuş aparatı – həvəskar modelçilər tərəfindən hazırlanan və ya yığılan pilotsuz uçuş aparatı; 1.1.55. model pilotsuz uçuş aparatı klubu və ya assosiasiyası – model pilotsuz uçuş aparatlarını yarış, idman və əyləncə məqsədləri üçün nizamnaməsinə uyğun olaraq istismar edən hüquqi şəxs; 1.1.56. məşq uçuşları – hava gəmisinin istismarçısının uçuş heyətini hava gəmisinin
uçuş əməliyyatlarının həyata keçirilməsi prosedurlarına uyğun təlimatlandırmaq, yoxlamaq və ya tanış etmək məqsədilə keçirdiyi uçuşlar; 1 . 1 . 5 7 . nəzarət olunan hava məkanı – hava məkanının təsnifatına uyğun olaraq, hüdudlarında hava hərəkətinin idarəetmə xidməti göstərilən müəyyən ölçülü hava məkanı; 1.1.58. növ dizaynı – uçuşa yararlılığı müəyyən etmək məqsədilə hava gəmisinin,
mühərrikin və ya pərin dizaynını müəyyən etməyə imkan verən məlumat və ya məlumat toplusu; 1.1.59. perron – sərnişinlərin minib-düşməsi, baqajın, yüklərin və poçtun yüklənib- boşaldılması, yanacaq doldurulması və ya boşaldılması, dayanma, yaxud texniki xidmət məqsədilə hava gəmilərinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş aerodromun müəyyən sahəsi;
1.1.60. pilotsuz uçuş aparatı – bortunda pilot olmadan avtonom rejimdə uçan və ya məsafədən idarə edilən istənilən hava gəmisi; 1.1.61. pilotsuz uçuş aparatını məsafədən idarə edən pilot (operator) –pilotsuz uçuş aparatının istismarı ilə bağlı vəzifələri icra edən və uçuş zamanı pilotsuz uçuş aparatını məsafədən avadanlıq vasitəsilə idarə edən fiziki şəxs;
1.1.62. pilotsuz uçuş aparatı sistemləri – pilotsuz uçuş aparatı və onun məsafədən idarə edilməsi üçün avadanlıq; 1.1.63. pilotsuz uçuş aparatının məsafədən idarə edilməsi üçün avadanlıq – pilotsuz uçuş aparatının təhlükəsiz istismarını təmin edən və onun hissəsi olmayan, eləcə də bortunda daşınmayan hər hansı bir cihaz, ləvazimat, ehtiyat hissələri, əşya və ya proqram
təminatı; 1.1.64. pilotsuz uçuş aparatının qeydiyyatı sertifikatı – pilotsuz uçuş aparatının dövlət qeydiyyatına alınması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi təsdiqedici sənəd; 1.1.65. pilotsuz uçuş aparatı sistemləri əməliyyatının iştirakçısı – operator, pilotsuz uçuş aparatı müşahidəçisi, eləcə də pilotsuz uçuş aparatı sistemləri istismarçısı
tərəfindən təlimatlandırılmış və pilotsuz uçuş aparatı sistemləri əməliyyatının həyata keçirilməsində iştirak edən fiziki şəxs; 1.1.66. pilotsuz uçuş aparatının uçuşlarının idarə edilməsi və əlaqələndirilməsi mərkəzi – Azərbaycan Respublikasında pilotsuz uçuş aparatının uçuşlarına nəzarəti və hava hərəkətinin idarəetməsinin əlaqələndirilməsini həyata keçirən müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı mərkəz; 1.1.67. hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi – beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq, hava gəmisinin, hava gəmisi heyətinin, sərnişinlərin, yükün, baqajın, poçt daşımalarının hərəkətinin təkmilləşdirilməsinə yönəlmiş, gecikmələrin qarşısının alınması, hava əlaqələrinin sürətləndirilməsi məqsədilə prosedurların
sadələşdirilməsi; 1.1.68. səlahiyyətli nümayəndə – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən digər dövlətin apardığı aviasiya hadisəsi və insidentinin araşdırmasında iştirak etmək məqsədilə təyin edilən peşəkar şəxs; 1 . 1 . 6 9 . sərnişinlər barədə ilkin məlumatlar – hava daşımalarını həyata keçirən
istismarçıların təqdim etdikləri hava gəmisinin uçuş məlumatlarından, o cümlədən Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək sərnişin və hava gəmisinin heyət üzvlərinin sərhədkeçmə sənədlərində əks olunan informasiyadan ibarət məlumatlar toplusu; 1.1.70. sərnişinlər barədə ilkin məlumatlar sistemi
– uçuşun başlanmasından və ya başa çatmasından əvvəl hər bir sərnişin və (və ya) hava gəmisinin heyət üzvləri haqqında toplanmış məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməsini təmin edən elektron informasiya sistemi; 1.1.71. sərnişin adlarının qeydiyyatı – sərnişin və ya onun adından bron edilmiş hər
Enacted pursuant to Article 94(I)(23) of the Constitution of the Republic of Azerbaijan and published via the Ministry of Digital Development and Transport (MDDT), the Law on Aviation (No. 1058-VIQ) establishes the legal and organizational framework governing airspace utilization and civil, state, and experimental aviation activities.
Chapter 1, Article 1.1 defines foundational airspace, aerodrome, air-traffic service, and safety terms (Articles 1.1.1 through 1.1.53), including protected aerodrome zones, Aeronautical Information Publications (AIP), restricted special-use zones, and specialized aviation work in agriculture, construction, and emergency operations.
Within Article 1.1, paragraphs 1.1.54 through 1.1.66 codify statutory unmanned aviation terminology: model unmanned aircraft assembled by hobbyists (1.1.54), model UAS clubs and associations (1.1.55), unmanned aircraft operating autonomously or via remote control without an onboard pilot (1.1.60), remote pilot/operator (1.1.61), unmanned aircraft systems and remote-control equipment (1.1.62-1.1.63), state UAS registration certificates (1.1.64), observers (1.1.65), and Azerbaijan's UAS Flight Management and Coordination Center (1.1.66).